Text Practice Mode
Balaca uşaq
created Monday July 14, 14:24 by Kamran Khametoff
0
121 words
28 completed
0
Rating visible after 3 or more votes
saving score / loading statistics ...
00:00
Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur.
Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Bunu görən kişi uşağa dedi:
Niyə bu balıqları suya atırsan?
Uşaq cavab verdi:
Səhər güclü dalğalar onları quruya atıb. İndi dəniz sakitdir, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam, balıqlar öləcək.
Kişi qışqırdı:
Axı bu axmaqlıqdır. Bir ətrafına bax! Burada milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək.
Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:
Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək.
Sonra isə balaca balığı dənizə atdı.