eng
competition

Text Practice Mode

HÖKMDARIN BAŞMAĞI

created Feb 21st, 09:57 by zuleykhaidayatova


0


Rating

109 words
1 completed
00:00
Belə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökümdar var imiş. Bir gün hökümdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxısın. Belə edir. Məmləkətini qarışbaqarış gəzir. Geri qayıtdıqdan sonra  görür ki, daş-qalaqlı yolda gəzməkdən ayağı şişib. O saat belə bir qərar çıxarır ki, ölkəsinin bütün yolları dəri ilə döşədilsin. Lakin  vəzirlərindən biri ona bundan daha gözəl faydalı məsləhət verir. Hökümdara tövsiyə edir ki, bütün məmləkəti dəriyə bürüməkdənsə, sadəcə ayağına geyindiyi çarığın altına dəri tikmək daha məqsədə uyğundur.
Bu hekayədən götürəcəyimiz ibrət odur ki, əgər dünyada xoşbəxt yaşamaq istəyirsənsə, bir dəfəyə bütün dünyanı dəyişməyə çəhd göstərmə. Dəyişikliyə özündən başla. Bundan sonra dünyanı dəyişməklə məşğul ol.

saving score / loading statistics ...